Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir

0



  •      Hər bir
    xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi
    insanlar olmuşdur. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı
    arxasınca aparıb, ən  taleyüklü məqamlarda
    qalib rolu oynamışlar.  Azərbaycan
    xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz
    iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət
    xadimi kimi düşmüşdür. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat
    yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin
    xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hər zaman
    Azərbaycan xalqının xatirində yaşayacaq.

     Müstəsna
    xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat
    yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

    Ümummilli lider həm də Azərbaycan tarixində ən
    görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət-Heydər Əliyev dövlətçilik məktəbini
    yaratdı.

    Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi
    keçmiş SSRİ - nin geridəqalmış respublikalarından biri sayılan Azərbaycanda həyat
    ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti -
    quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində
    iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, təhsil və mədəniyyət sahəsində
    böyük uğurlar əldə edildi. Çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil
    ocaqları, tibb müəssisələri inşa edildi,yeni yaşayış massivləri salındı, yollar
    bərpa olundu, ucqar rayonlara qaz xətləri çəkildi. Azərbaycan çiçəkləndi.Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər
    Əliyev kimi Ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli
    lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti
    bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər
    Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün
    tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər
    boyu bütün dünyada qoşa səslənəcəkdir.

    Azərbaycan xalqı Ulu öndərin siyasi kursunu
    davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə
    bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq və daha da yüksək zirvələri
    fəth edəcəkdir.

    Şahsuvar Hümbətov,Xocalı rayonundan məcburi köçkün

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib57 dəfə
    Azərbaycan Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir

    Maraqlı gələ bilər
    56
    0